Türkiyə Prezidenti Anım Günü ilə bağlı paylaşım edib
Sosial həyat

Türkiyə Prezidenti Anım Günü ilə bağlı paylaşım edib

Qarabağı və işğal altındakı Azərbaycan torpaqlarını azadlığa qovuşduran şanlı mücadilənin başlamasının ildönümündə - Anım Günündə bütün şəhidlərimizi rəhmətlə anıram.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 sentyabr - Anım Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub.

Türkiyə dövlətinin başçısının paylaşımında "Qarabağ Azərbaycandır!" şüarı da yer alıb.

AZƏRTAC