Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb
Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin ekipajı ilə görüşüb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi qardaş Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 24-də Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşüb, təşəkkürünü bildirib.

AZƏRTAC