Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin nümayəndə heyəti ilə görüşüb
Siyasət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin nümayəndə heyəti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan deputatlarını səmimi salamlayan Prezident Rəcəb Tayyib Ərdoğan onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Azərbaycanın parlament nümayəndə heyətinə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli daxildir.

AZƏRTAC