TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU RECEP ÖZTOPLA GÖRÜŞ
Region

TÜRKİYƏ RESPUBLİKASININ GƏNCƏDƏKİ BAŞ KONSULU RECEP ÖZTOPLA GÖRÜŞ

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztopla görüşüb. İcra başçısı Gəncənin zəngin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib. Şəhər rəhbəri Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyini vurğulayıb.

Baş konsul Recep Öztop bu günədək həyata keçirilən tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini və bu istiqamətdə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyinə inandığını bildirib.

Baş konsula məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Bu baxımdan, il ərzində Gəncə şəhərində bir çox tədbirlər həyata keçiriləcək ki, bu tədbirlərdə Recep Öztop və Baş konsulluğun əməkdaşlarını da görməkdən məmnun olarıq.

Görüşdə, eyni zamanda Gəncə şəhərində reallaşdırılan bir sıra infrastruktur layihələri barədə məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Sonda hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.

Zabit XƏLİLOV,

"Respublika".