Türkiyə tarixi sınaq qarşısında
Digər xəbərlər

Türkiyə tarixi sınaq qarşısında

Azərbaycanda 28 May - Müstəqillik Günü ikiqat bayrama çevrilə bilər

Bütün dünyanın, eləcə Azərbaycanın böyük maraqla gözlədiyi günə çox az bir müddət - cəmi bir gün qalıb. Mayın 28- Türkiyədə II tur prezident seçkiləri keçiriləcək demək olar ki, Azərbaycan xalqının mütləq əksəriyyəti "Cümhur İttifaqı"nda prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir.

28 May - Müstəqillik Günündə, Türkiyənin tarixi sınaq qarşısında layiqli qərar verməsinə ən çox Azərbaycan sevinəcəkdir. Millət vəkili Elman Nəsirov həmin günün böyük həyəcanla gözlənildiyini qardaş ölkənin müdrik xalqının Azərbaycanın böyük dostunu yenidən rəhbər seçəcəyinə inandığını bildirib. "Əvvala, onu qeyd edim ki, bu günlərdə bir neçə deputat həmkarım ilə birlikdə Türkiyənin İzmir şəhərinə səfər etmişdik. Burada seçki prosesi ilə tanış olduq. İnsanların seçki prosesilə bağlı davranışları, hərəkətləri, düşüncələri bizim üçün çox maraqlı idi. Qənaətimiz ondan ibarətdir ki, İzmir şəhərində müxalif partiyanın təmsilçisi daha çox səs qazanmasına baxmayaraq, bütövlükdə 28 mayda keçiriləcək prezident seçkilərinin II turunda Rəcəb Tayyib Ərdoğanın xalqın etimadını qazanacağına böyük inam var.

Son 20 il ərzində R.T.Ərdoğanın  rəhbərliyi ilə  Türkiyə Cümhuriyyətinin böyük bir inkişaf yolu keçdiyini söyləyən deputat qardaş ölkənin dünyanın əsas güc mərkəzlərindən birinə çevrildiyinin heç kəsə sirr olmadığını müdrik Türkiyə xalqının bunu yüksək qiymətləndirdiyini qeyd edib. Elman Nəsirov daha sonra deyib ki, Sinan Oğanın mövqeyini bildirməsindən sonra AKP liderinin şansı daha da çoxalıb: "Eyni zamanda o da bəlli oldu ki, əsas rəqiblərdən biri olan Sinan Oğanın seçicilərinə müraciət edərək onları Ərdoğana səs verməyə çağırması da seçkinin nəticələrinə təsir edəcək. Artıq Sinan Oğanın mövqeyi ortadadır. o da "Cümhur İttifaqı"nın yanında yer alıb. Bu baxımdan "ATA İttifaqı" "Cümhur İttifaqı" ilə birləşib desək, yanlışlığa yol vermərik. İnanırıq ki, 28 mayda prezident seçkilərində Türkiyə xalqı doğru-düzgün seçimini edəcək. R.T.Ərdoğanın türk dünyası üçün, türk dünyasında birliyin əldə edilməsi üçün  etdiyi böyük işlərə xalq yüksək qiymət verir". Bu, hər kəsə bəllidir. Eyni zamanda o da bəllidir ki, Azərbaycan xalqının qazandığı tarixi zəfərdə Türkiyə dövlətinintürk xalqı xüsusilə R.T.Ərdoğanın müstəsna xidmətləri var ki, bunu da Azərbaycan xalqı heç bir zaman unutmur". 

"Eyni zamanda 28 May Azərbaycanda Müstəqillik Günüdür. İnanırıq ki, bu tarixdə  bayram bayrama qarışacaq. Həm R.T.Ərdoğan yenidən Türkiyənin prezidenti seçiləcək, həm xalqımız 28 May - Müstəqillik Gününü bu səbəbdən yüksək sevinclə qeyd edəcək. Onu da deyim ki, Azərbaycan xalqının Türkiyədə keçirilən seçkilərdə hüquqi baxımdan iştirak etmək səlahiyyəti olsaydı, inanıram ki, xalqımızın mütləq əksəriyyəti məhz R.T.Ərdoğana səs verərdiTürkiyədə həm İzmirdə, həm   bundan əvvəl Kahramanmaraş  şəhərində  səfərdə olduğumuz vaxtda gördüklərimiz əldə etdiyimiz məlumatlar R.T.Ərdoğanın qalib gəlməsinə ciddi əsaslar verir", -  deyə Elman Nəsirov vurğulayıb.

Musa BAĞIRLI,

"Respublika".