Türkiyə vətəndaşları səsvermə prosesinə başlayıb
Digər xəbərlər

Türkiyə vətəndaşları səsvermə prosesinə başlayıb

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar olaraq xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi başlayıb.

Respublika-news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Ali Seçki Qurumunun qərarına əsasən 75 ölkədə 156 seçki məntəqəsində səsvermə başlayıb. Səsvermə məntəqələri Türkiyənin diplomatik nümayəndəliklərində yerləşir. Türkiyənin sərhəd məntəqələrində, quru nəzarət-buraxılış məntəqələrində, hava və dəniz limanlarında vətəndaşların səs verə bilməsi üçün 4600 məntəqə yaradılıb. Beləliklə, 3.6 milyondan çox Türkiyə vətəndaşı ölkə xaricində də səs verə biləcək.