Türkiyədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər
Diaspora

Türkiyədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər

İstanbul

Azərbaycanın "Zirvə İslahatlara Dəstək Mərkəzi"nin Türkiyənin "Türk-İslam Dünyası Kültür İqtisadiyyat Dərnəyi"nin təşkilatçılığı ilə Bağçılar Bələdiyyəsində dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin müəllimləri Asifə Əliyeva, Sona Məmmədbəyova, konsul Zaur Allahverdizadə, Bağçılar Bələdiyyəsinin qeyri-hökumət təşkilatları üzrə nümayəndələri Bahattin Albayrak Murat Gün, "Türk Kızılay"ı İstanbul Küçükçekmece rayon şöbəsinin müdiri Hüseyn İpek, ziyalılar nüfuzlu şəxslər iştirak ediblər.

Tədbirdə Türkiyənin Hakim Ədalət İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, akademik Numan Kurtulmuşun, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq Qrupunun sədri, millət vəkili Şamil Ayrımın, Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayevanın, Bağçılar Bələdiyyəsinin sədri Abdullah Özdemirin konfrans iştirakçılarına ünvanladığı məktublar oxunub onların ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramları ifadə olunub. Tədbirdə çıxış edən konsul Zaur Allahverdizadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı dövləti yaşadıb, bu gün yaşadır. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan Türkiyə regionda beynəlxalq aləmdə baş verən bütün hadisə proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər.

Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən Azərbaycanın dövlətçilik tarixində türk dünyasındakı rolundan bəhs edən natiqlər Heydər Əliyevin sayəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz əbədi olduğunu bildiriblər.

Onu da qeyd edək ki, dahi lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı ilə Dəniz Muzeyində ''Can Azərbaycan'' adlı rəsm sərgisi keçirilib. Sərgidə Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yedditəpə Universitetinin professoru, rəssam Rafiq Əzizin gənc rəssamların Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən rəsm əsərləri nümayiş olunub.

 

ANKARA

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyənin Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Ankarada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Dövlət ictimai xadimlərin, millət vəkillərinin, ziyalıların ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndərin mənalı həyat yoluna həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov, Türkiyə Prezidentinin baş müşaviri İlnur Çevik çıxış edərək ulu öndərlə bağlı xatirələrini bölüşüblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması gücləndirilməsində tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, yenicə müstəqilliyini bərpa etmiş, daxili xarici düşmənlərin təhdidləri ilə qarşı-qarşıya qalmış Azərbaycan məhz Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində bu təhlükələrdən sovuşaraq möhkəmlənmiş, nəhəng regional layihələrə imza ataraq inkişaf mərhələsinə qədəm qoymuşdur.

Türkiyə mədəniyyət turizm nazirinin müavini Özgül Özkan Yavuz, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının Azərbaycan-Türkiyə münasibətlərinin təməlində dayandığını vurğulayıb, bu münasibətlərin bundan sonra da yüksələn templə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Rəsmi hissənin ardından baş tutan konsertdə Azərbaycanın Xalq artisti Azərin ümummilli lider Heydər Əliyevin sevdiyi mahnıları səsləndirib.

 

KOCAELİ

Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100- ildönümü Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə konfrans keçirilib. Konfrans iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan-Türkiyə qardaşlığının, sıx əlaqələrin qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirib. O qeyd edib ki, ulu öndərin "Bir millət, iki dövlət" tezisi Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərin tarixi köklərə əsaslandığını göstərir.

Daha sonra İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli çıxış edərək bugünkü Azərbaycan-Türkiyə strateji əlaqələrinin inkişafında birgə beynəlxalq layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin siyasi addımlarının rolunu vurğulayıb. O bildirib ki, Azərbaycan Türkiyə çətin xoş günlərdə daim bir-birlərinə dəstək olub. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə ictimaiyyəti mətbuatı ölkəmizə mənəvi dəstək verib. İSBAM-ın sədri Samir Adıgözəlli, Azərbaycanın haqq səsinin Türkiyəyə, eləcə beynəlxalq aləmə çatdırılması istiqamətində fəaliyyətinə görə Kocaelidəki Heydər Əliyev Mədəniyyət Evi Dərnəyinin rəhbəri Bilal Dündarı Kocaeli TV-nin sahibi aparıcısı Turqay Tüysüzü "Zəfər Media" medalı ilə təltif edib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.