Türkiyədəki zəlzələ ilə əlaqədar Azərbaycan XİN-də Operativ Qərargah yaradıldı
Digər xəbərlər

Türkiyədəki zəlzələ ilə əlaqədar Azərbaycan XİN-də Operativ Qərargah yaradıldı

Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)

+994503422491 (24 saat)

[email protected]