Türkiyəyə göndərilən daha 7 qazimiz sağalaraq Vətənə qayıdıb
Sosial həyat

Türkiyəyə göndərilən daha 7 qazimiz sağalaraq Vətənə qayıdıb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 7 qazimiz sağalaraq Vətənə geri dönüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlar Mehtiyev Namiq  Mureddin oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Əliyev Cahangir Gülbala oğlu, Hüseynov Tural Araz oğlu, Babayev Elnur Əlihüseyn oğlu, Cavadzadə Fuad Sənani oğlu, Atakişiyev Rəşad Nazim oğludur.

Onların Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb.

Həmin qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

AZƏRTAC