Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan
Məktublar

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycanın bütün xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Biz Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğurlara görə sevinir və ikitərəfli münasibətlərimizi bundan sonra da dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin ardıcıl olaraq yaxşılaşmasında Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 Qurbanqulu Berdiməhəmmədov

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri