“Üç qardaş - 2021”  beynəlxalq təlimi davam edir
Digər xəbərlər

“Üç qardaş - 2021”  beynəlxalq təlimi davam edir

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti mərhələsində xüsusi təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

AZƏRTAC