Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq əmrləri ilə üç rayona yeni prokuror təyinatları olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Rahim Səfəralıyev Xızı rayon, Kamal Talıbov Şirvan şəhər, Fuad Məmmədov isə Binəqədi rayon prokuroru vəzifələrinə təyin ediliblər.
AZƏRTAC