Üçüncü doza peyvənd olunmaq tövsiyə edilir
Səhiyyə

Üçüncü doza peyvənd olunmaq tövsiyə edilir

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. Ona görə də iki doza vaksin olunan  şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü doza da tövsiyə edilir.

Onun sözlərinə görə, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinin də üçüncü mərhələdə vaksinasiyası tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu, məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın qəbulu  məqsəduyğun hesab edilib”.

“Respublika”.