Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş mərasimi
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş mərasimi

Mayın 8-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) yarışlarından ibarət Spartakiadanın bağlanış mərasimi keçirildi.

Mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, eləcə də futbol, stolüstü tennis, şahmat komandaları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsi Akademiya üçün olduqca əhəmiyyətli hadisədir. Ulu Öndərin zəngin həyat və fəaliyyətinə, xilaskarlıq və quruculuq missiyasına alimlərimizin hörmət və ehtiramının müxtəlif tədbirlərlə ifadə olunduğunu deyən akademik “Heydər Əliyev İli” çərçivəsində 17 respublika və beynəlxalq konfransın keçirildiyini, ümumilikdə isə il ərzində 31 konfransın nəzərdə tutulduğunu diqqətə çatdırıb. AMEA rəhbəri, o cümlədən Ulu Öndərin həyat və fəaliyyətini sistemli, fundamental tədqiqatlarla əks etdirən 15 kitabın çap olunduğunu qeyd edib.

"Respublika".