Ulu Öndər və azərbaycançılıq məfkurəsi
Siyasət

Ulu Öndər və azərbaycançılıq məfkurəsi

Ümummilli lider Heydər Əliyev sözün hər mənasında böyük ömür yaşadı. Lakin onun ideyalarının, qurub yaratdıqlarının ömrü daha böyükdür. Bu gün biz tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin ideyaları bu gün yaşayır. Ölkəmizdə bütün quruculuq işləri məhz bu ideyaların həyata keçirilməsi istiqamətində gedir.

Ulu öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi dövlət xadimi idi. Heydər Əliyevin gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında idi. Heydər Əliyev idarəetmənin ustadı siyasətin kamil bilicisi idi. Ulu öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlidən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə tərəqqisinə xidmət edir. Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, ədalətli mövqe tutması, yüksək intellekti ziyalı mövqeyi, tədbirliliyi analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi Heydər Əliyevin ən yüksək keyfiyyətlərindəndir.

Ulu öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq çıxışlarında artıq söz ifadə, qeyri-dəqiq fakt rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın dili, din adət-ənənəsi onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır.

Eyni zamanda, ulu öndər gənclərimizi xalqımızın milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin mədəni irsini adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış nəsildən-nəslə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi bəşəri duyğuları təcəssüm etdirir.

Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003- illər) xalqımızın adət- ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi liderin bir daha xalqa mənən bağlılığını islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır. Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Ümummilli lider Heydər Əliyev həm müdrik el ağsaqqalı, həm təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini hər zaman xalqla bölüşmüşdür. Ulu öndər 2001-ci ilin avqust bəyanatında demişdir: "Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam, saf, əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".

Ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına tarixən öz töhfələrini vermişdir. Eyni zamanda, islam dini xalqımızın həm dini əqidəsi, həm insanların həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımızın mənəvi inkişafında gənclərimizin əxlaqının formalaşmasında, azərbaycanlıların ailə institutunun möhkəm təmələ söykənməsində islam dininin rolu əvəzsizdir. İslam dini bütün müsəlman dünyası tərəfindən qəbul edilə biləcək vahid ilahiyyat konsepsiyası yaratmışdır. İslamın həyat qabiliyyəti dini sistem çərçivəsində müxtəlif nöqteyi-nəzərlərin yanaşı mövcudluğuna imkan verməsi ilə təmin olunur. Ulu öndər mənəvi dəyərlərin xalqın, vətəndaşların milli birliyinə xidmət etdiyini həmişə vurğulamış, xüsusən dini bayramların həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd etmişdir.

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin dəyərli göstəricisi azərbaycançılıq məfkurəsinin milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Ulu öndər Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur". Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, Çin s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə ümummilli liderimizin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq onun həyat tərzinə çevrilmişdi. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.

Azərbaycançılıq ideyalarının bərqərar olunmasında ulu öndər Heydər Əliyevin fəaliyyət dövrü xüsusi bir mərhələdir. Çünki bu mərhələdə Azərbaycan özünün sosial, mədəni, iqtisadi sahədəki inkişaf perspektivləri, habelə, elm texnika sahələrindəki nailiyyətləri ilə, ziyalı mövqeyinin genişlənməsi, milli-mənəvi tərbiyə təhsil sahəsindəki uğurlarla yeni bir təkamül dövrü keçdi. Sənayenin, kənd təsərrüfatının sosial həyatın digər sahələrindəki inkişaf perspektivləri o zamankı müttəfiq respublikalar içərisində daha da artmağa başladı. Bütün bunlar əbədiyaşar liderin xalqa xidmətinin təzahürü idi. Ulu öndər Heydər Əliyev xalqın mənafeyindən çıxış edərək, ölkədə inkişafa aparan qapıların xalqın üzünə açılması üçün bütün imkanlarını sərf etdi, sərbəst inkişafa aparan bütün yolları kəşf etməklə ölkənin müstəqilliyinin əsasını qoydu. Ona görə , əslində, elmin, texnikanın, təhsilin mədəniyyətin, mənəvi tərbiyənin, bütövlükdə fəal həyat mövqeyinin inkişaf etdirilməsində əldə edilən nailiyyətlərlə xalqı mənəvi psixoloji sərbəstliyə ondan sonrakı mərhələdə sərbəstliyin qorunub saxlanmasına hazırlayırdı. Ümummilli liderin azərbaycançılıq təlimi belə bir real zəmin üzərində qurulmuşdu. Ulu öndər Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması həyata keçirilməsi sahəsində son dərəcə gərgin səmərəli fəaliyyət göstərib. Ulu öndərin böyük siyasi iradəsi müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünyamiqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb.

Milli ideologiyanın yaradılması ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir.

Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ümummilli liderin siyasi fəaliyyəti deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini öncədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır. Tarixin amansız sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik həmrəyliyinin əldə edilməsi işində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai mədəni həyatın bütün sahələrində həyata keçirdiyi islahatlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Bütün mənalı həyatını öz xalqına həsr etmiş Heydər Əliyevin siyasi dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbi yaratmışdır.

Ümummilli liderimizin bizlərə ərməğan etdiyi zəngin dövlətçilik irsi həyat fəlsəfəsi hələ uzun müddət yaşayacaqdır. Çünki ulu öndərin həyat yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq onu dinamik inkişaf yoluna çıxarmaq olmuşdur. Heydər Əliyevin həyat yoluna nəzər saldıqda ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə dahi liderin irsini öyrənmək, qorumaq, təbliğ tətbiq etmək bugünkü gələcək nəsillərin qarşısında duran ən vacib aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, müdrik dövlət xadiminin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahi naminə faydalanacaq.

Əmirəli ƏMİRƏLİYEV,

1 saylı Sumqayıt regional

"ASAN xidmət" mərkəzində notariat ofisi.