Ulu öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası
Ekologiya

Ulu öndərin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası

Yaşıllığın artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində ağacəkmə aksiyası keçirilmişdir.

Tədbirlər planına uyğun olaraq bu ekoloji aksiyada müxtəlif ərazilərə 100 ağac əkilmişdir.

Polis əməkdaşları bu aksiyanı uğurla davam etdirmək əzmindədirlər.

Qədir ASLAN,

“Respublika”.