Ulu Öndərin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaq
Siyasət

Ulu Öndərin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "...Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm arxalanıram...". Bu dərin mənalı ifadə hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə böyük bir məsuliyyət qoymuşdur. Buna görə Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun kollektivi ulu öndərin onların fəaliyyətini dəyərləndirməklə verdiyi dəyəri göstərdiyi etimadı layiqincə doğrultmaq, insan hüquq azadlıqlarına dönmədən əməl olunmasını, qanunun aliliyini təmin etmək, eləcə cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün bütün gücünü səfərbər edərək daha əzmlə çalışır.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını qanunvericilik bazasını ulu öndərin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə milli ənənələrə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası qanunlarının digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir.

Müdrik lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin qəbul edilməsi onun icraya yönəldilməsi Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından olmaqla, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm məsələnin əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokurorluğun kadr tərkibinin hərtərəfli inkişaf etmiş, zəngin biliyə malik, geniş dünyagörüşü olan, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq gənc hüquqşünaslardan formalaşmasına mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur.

Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur

Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bu gün yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq azadlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.     

Tanrının xalqımıza olan inayətidir ki, bu gün Azərbaycana ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət mahir siyasətçi rəhbərlik edir. Danılmaz həqiqətdir ki, özünü xalqın birinci xidmətçisi elan edən dövlət başçısı ömrünü xalqına vətəninə həsr edir. Buna görə ulu öndərin layiqli xələfi tükənməz əbədi xalq sevgisini qazanmaqla qəlblərdə özünəməxsus yer tutur.

Dərin minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa hərtərəfli diqqət qayğı göstərilməsi ənənəsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr ediməsi haqqında" 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü idi.

Vurğulanmalıdır ki, Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində möhtərəm Prezidentimizin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün əlverişli şərait yaratmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət qayğısı sayəsində prokurorluğa dövlət büdcəsindən kifayət qədər maddi vəsait ayrılmışdır ki, bu da maddi təminatın, eləcə işçilərin sosial müdafiəsinin daha da güclənməsini şərtləndirmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Əzəli torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini operativliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış hazırda adları çəkilən prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.

Xüsusi vurğulamaq istərdim ki, dövlət səviyyəsində Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa göstərilən hərtərəfli diqqət qayğı uğurları şərtləndirmişdir. Bilavasitə fəaliyyətimlə əlaqədar qeyd edim ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə diqqətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, qəbulların, o cümlədən şəxsən prokurorlar tərəfindən bilavasitə hərbi hissələrdə qəbulların sayı artmış, istər müraciətlərinə cavab verilərkən, istərsə qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsində 2022-ci illə müqayisədə 2023- ilin ötən dövrü ərzində müraciətlərin ümumilikdə sayı, eləcə təkrar müraciətlərin sayı azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır. Təsadüfi deyil ki, Hərbi Prokurorluğun işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı isə artmışdır. Vurğulanmalıdır ki, qazilərin, şəhid ailələrinin, eləcə I II Qarabağ müharibəsi iştirakçılarının  müraciətlərinə yüksək həssaslıqla yanaşılmışdır.

Sonda qeyd edim ki, ulu öndərin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: "...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün , gələcəkdə olacaqdır, buna əmin ola bilərsiniz..." kimi müdrik kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir. Əminəm ki, prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Prokurorluğuna olan inamını daim doğruldacaqlar.

 

Nihad ŞIXƏLİYEV,

Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun Sənədlərlə

Müraciətlərlə İşin Təşkili Şöbəsinin rəisi,

ədliyyə polkovniki, hüquq üzrə magistr.