Ulu Öndərin humanizm siyasəti uğurla davam etdirilir
Sosial həyat

Ulu Öndərin humanizm siyasəti uğurla davam etdirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasətini, uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il dövlət tərəfindən vətəndaşların rifahının hərtərəfli yaxşılaşdırılması, insan hüquq azadlıqlarının daha etibarlı şəkildə müdafiə edilməsinin sərgilənməsi ilə səciyyələnir.

Ulu Öndər Heydər Əliyev xalqın xahişi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquq azadlıqlarının qorunması bütün sahələrdə insanpərvərlik xeyirxahlıq prinsiplərinin rəhbər tutulması prioritet olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993- ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, tətbiqi məhdudlaşdırılmış, 10 fevral 1998-ci il tarixdə isə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edilmişdir.

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması əfvetmə institutunun bərpa olunması da Ulu Öndərin müstəsna xidmətlərindən biri olmaqla, humanizmin növbəti bariz nümunəsi idi. Vurğulanmalıdır ki, 1995-2003- illərdə Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin qeyd olunan dövrdə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 7 "Amnistiya haqqında" qərar 60 mindən artıq şəxsə şamil edilmişdir.

Xeyirxah ənənələr dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu gün uğurla davam etdirilir. Möhtərəm Prezident əfvetmə institutunun çevik işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü mütərəqqi işlər dövlətin hər bir kəsə hörmətlə yanaşmasının, insanpərvərlik ideyalarının ölkəmizdə mühüm əhəmiyyət kəsb etməsinin təcəssümüdür. Qeyd etmək lazımdır ki, son 20 ilə yaxın müddət ərzində ölkə rəhbərinin imzaladığı 36 əfv fərmanı sərəncamları, qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insanı sevinndirmişdir.

Müstəqillik dövründə 12 amnistiya aktı qəbul olunmuş 100 mindən artıq şəxsə şamil edilmişdir. Xeyirxah əməlləri ilə xalqın sonsuz sevgisini qazanmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013- 2016- illərdə dörd amnistiya aktı qəbul edilmişdir ki, bu da 40 mindən artıq nəfərə şamil olunmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamı ölkəmizdə həyata keçirilən humanist siyasətin, dövlətin rəhbərinin xalqa olan doğma münasibətin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin növbəti təzahürüdür. Ümumilikdə, 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə başqa cəzalardan azad ediliblər. Xüsusi vurğulamaq lazımdır ki, sözügedən Sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır.

Cənab Prezidentin imzaladığı Əfv Sərəncamı dövlətin humanist siyasətinə, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da artıracaqdır. Sözügedən aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini dəyərləndirərək bütün bunlardan nəticə çıxaracaq bir daha eyni ya bənzər nöqsanlara yol verməyərək öz əvvəlki normal həyatlarına qayıdacaqlar.

Prokurorluq işçisi olaraq qeyd etmək istəyirəm ki, 2023- ilin "Heydər Əliyev İli" olmasının məsuliyyətini dərk edən prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə yeni uğurlarla yadda qalması üçün daha əzmlə çalışırlar.

Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının səmərəli effektiv fəaliyyəti uğurla davam etdirilməklə mütərəqqi islahatlar həyata keçirilmiş, prokurorluq əməkdaşları qanunçuluğun hüquq qaydalarının daha da möhkəmləndirilməsi məqsədilə bütün mümkün zəruri tədbirlərin görülməsini təmin etmiş, o cümlədən uzun illər bağlı qalmış cinayətlərin üstü açılaraq müvafiq şəxslər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Hərbi prokurorluq orqanlarının işçiləri Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevin rəhbərliyi ilə üzərlərinə düşən vəzifələri layiqincə icra edərək uğurlar qazanmışlar. Belə ki, düzgün qurulmuş istintaq metodikası taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə tələb edilən səviyyədə prosessual rəhbərlik sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılmışdır

Bundan başqa, Hərbi Prokurorluğun Azərbaycan Ordusu ilə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə hərbi qulluqçular tərəfindən törədilən bəzi cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir

Misal üçün, 2022-ci ilin 4 ayı ilə müqayisədə, 2023- ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz; hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz; hərbi hissəni ya xidmət yerini özbaşına tərketmə cinayətləri 61,9 faiz qəsdən adam öldürmə cinayətləri 50 faiz azalmışdır.

Göründüyü kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasət insanpərvərlik ənənələri dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı cənab İlham Əliyevin imzaladığı Sərəncam cinayət törətmiş şəxsləri əfv edərək çoxsaylı ailələri sevindirməsi ölkəmizdə insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunur. Odur ki, xalqımız öz rəhbərinə misilsiz məhəbbət bəsləyir bu istək günbəgün daha da dərinləşir.

Firad ƏLİYEV,

Azərbaycan Respublikası Hərbi

prokurorunun böyük köməkçisi -

Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun Mətbuat xidmətinin

rəhbəri, Baş ədliyyə müşaviri.