Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası
Ekologiya

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə kampaniyası

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, həmçinin, ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələri ilə əlaqədar aprelin 29-da Baş Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Respublika-news.az-a verilən məlumat görə, eyni zamanda, Naxçıvan Muxtar Respublikası Prokurorluğu da ağacəkmə aksiyasına qoşulub. Tədbir çərçivəsində Abşeron rayonu və Naxçıvan şəhəri ərazisində ümumilikdə 1600-dən çox zeytun və şam ağacları əkilib. 

Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların  küləkdən qorunması üçün dirəklər basdırılıb və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.