Ümummilli Liderin gənclər siyasəti uğurla davam etdirilir
Siyasət

Ümummilli Liderin gənclər siyasəti uğurla davam etdirilir

Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm sabaha ümididir.

Müstəqil Azərbaycan deyilən zaman, öncəliklə insan ağlına ulu öndər Heydər Əliyevin adı gəlir. Çünki Azərbaycan Respublikası fenomen şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Ümummilli lider biz gənclərin qəlbində ölkəmizdə gənclər siyasətinin banisi kimi yaşayır. Məhz onun uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün respublikamızın intellektli, savadlı, dünyagörüşü mükəmməl olan hər bir gənci öz karyerasını inkişaf etdirməklə bərabər, eyni zamanda Vətənimiz Azərbaycanın daxili xarici siyasətində, iqtisadiyyatında, sosialyönlü məsələlərində fəal iştirak edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi inkişafı ilə sıx əlaqədardır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq görərik ki, ötən illər ərzində Heydər Əliyevin rəhbərliyi təşəbbüsü ilə bir sıra problemlər öz müsbət həllini tapmışdır.

Göründüyü kimi, uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır.

Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, vacib Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə görüşlərində irəli sürülən təklif təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir. Gənclər bu qayğını daim öz üzərlərində hiss edərək, bu qazandıqları nailiyyətlərlə doğrultmağa çalışırlar. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən sizə arxalanıram".

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar.

Nərgiz BABAYEVA,

YAP Gənclər Birliyinin üzvü,

Bakı Gənclər Mərkəzinin direktoru.