Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı müsabiqə
Sosial həyat

Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı müsabiqə

İyun ayının 5-dan başlayaraq Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından  olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 Mövsüm” adlı müsabiqə başlayır. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və qalib seçilib dəyərli hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqlar iştirak edə bilərlər. Ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənməkdir.

Müsabiqənin müəllifi, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb ki, 1 ay ərzində uşaqlar gözəl nəticələr əldə edə biləcək və onlar  özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrənəcəklər. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam.

Nəriman CAVADOV,

“Respublika”.