Vaşinqton öz müttəfiqlərinə münasibətdə qeyri-səmimidir
Digər xəbərlər

Vaşinqton öz müttəfiqlərinə münasibətdə qeyri-səmimidir

Bayden administrasiyasının martın 30-da keçirməyi planlaşdırdığı "Demokratiya sammiti" Birləşmiş Ştatların demokratiya, insan hüquq azadlıqları kimi ümumbəşəri dəyərlərə öz geosiyasi maraqları çərçivəsindən selektiv yanaşmasının, sözügedən dəyərləri dünyadakı qütbləşməni dərinləşdirmək üçün alətə çevirməsinin mövbəti nümunəsidir.

ABŞ-ın NATO üzrə müttəfiqləri olan Türkiyə Macarıstanın sammitə dəvət olunmaması isə Vaşinqtonun öz müttəfiqlərinə münasibətdə qeyri-səmimi olduğunu göstərir. Səbəb isə Türkiyə Macarıstanın öz milli maraqlarını əsas götürmələridir. Bu, onu sübuta yetirir ki, Bayden administrasiyası ABŞ-ın müttəfiqləri sırasında müstəqil siyasət yürüdən, beynəlxalq hüququn norma prinsiplərinə hörmətlə yanaşan, milli maraqlar müstəvisində  mövqelərindən geri çəkilməyən ölkələri deyil, ABŞ-ın maraqlarına görə, öz xalqlarının mənafeyini zərbə altında qoymağa hazır olan siyasi rejimləri görmək istəyir.

Əslində "Demokratiya sammiti" ABŞ-ın demokratiyaya onun prinsiplərinə olan gerçək münasibətinin göstəricisidir. Əks təqdirdə, vətəndaşlarının söz ifadə, sərbəst toplaşmaq digər fundamental azadlıqlarını qanunvericilik səviyyəsində məhdudlaşdıran, siyasi hakimiyyətin opponentlərinə qarşı amansız, barışmaz siyasət yürüdən, kütləvi informasiya vasitələrinin ofislərində, jurnalistlərin evlərində axtarışların aparılmasına sanksiya verən, dinc etirazçılara qarşı zorakılıq tətbiq edən bir rejimin rəhbərlik etdiyi Ermənistan sözügedən "sammit"ə dəvət almamalıydı.

ABŞ-ın "Demokratiya sammiti"ndə nəzərəçarpan paradoksal hallardan biri parlament üsul-idarəsinin tətbiq olunduğu Cənibi Qafqaz ölkələrindən birinin - Ermənistanın baş nazirinin, Gürcüstanın isə prezidentinin tədbirə dəvət olunmalarıdır. Həm Ermənistanda, həm Gürcüstanda real hakimiyyət baş nazirə məxsusdur, prezidentlik institutu isə rəmzi xarakter daşıyır. Gürcüstanın mövcud siyasi hakimiyyəti bir çox məsələlərdə ölkənin milli maraqlarını əsas götürdüyü üçün bu ölkənin baş naziri sözügedən sammitə dəvət olunmur. Əvəzində isə sabiq Fransa vətəndaşı fransız diplomatı - indiki Gürcüstan prezidenti çağırılır.

Bütün bunlar sammitlə bağlı hər kəsin tanış ola biləcəyi digər məqamlar Evin məqsədinin demokratiyanın deyil, ABŞ-ın ətrafında yer alan ölkələrin sammitini təşkil etməkdən ibarət olduğunu təsdiqləyir.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.