Vayra Vike-Freyberqa: Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi dəstək həmrəyliyin nümunəsidir
MÜSAHİBƏLƏR

Vayra Vike-Freyberqa: Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi dəstək həmrəyliyin nümunəsidir

Azərbaycanın COVID-19-a qarşı mübarizədə az inkişaf etmiş ölkələrə maliyyə və humanitar yardım göstərməsini yüksək qiymətləndirirəm. Bu, qlobal bəla ilə mübarizədə əməkdaşlığın və həmrəyliyin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib.

O deyib: "Bu gün Prezident İlham Əliyev Qlobal Bakı Forumunda çıxışı zamanı dünyada baş verən proseslərə biganə qalmamağın və beynəlxalq səylərə dəstək verilməsinin vacibliyini diqqətə çatdırdı. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də Azərbaycanın pandemiyaya verdiyi töhfələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın pandemiya ilə mübarizəyə verdiyi dəstək həmrəyliyin nümunəsidir".

Qlobal Bakı Forumunun ən aktual məsələləri müzakirə etməyə imkan verdiyini deyən Vayra Vike-Freyberqa tədbirin keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

AZƏRTAC