Vəkillər Kollegiyası üzvlüyünə namizədlərin andiçmə mərasimi
Digər xəbərlər

Vəkillər Kollegiyası üzvlüyünə namizədlərin andiçmə mərasimi

Aprelin 11- Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni vəkil marşı səsləndirilib.

Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun son beş ildəki fəaliyyəti, görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. A.Bağırov qeyd edib ki, 2005-2017-ci illərdə vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illərdə keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub. Bu gün ölkəmizdə vəkillərin sayı artıq 2240 nəfərdir.

Kollegiya sədri vurğulayıb ki, bu gün andiçmə mərasimində 83 namizəd vəkil andı içərək vəkillər sırasına qəbul olunur. Əvvəllər hakim işləmiş 4, vəkil işləmiş 1 namizəd qanunvericiliyə uyğun olaraq şifahi müsahibədə uğur qazanaraq icbari təlimə cəlb olunmadan andiçmə mərasiminə buraxılıblar. Andiçmə mərasimdə iştirak edənlərin 62 nəfəri kişi, 21-i isə qadındır.

Vəkilliyə namizədlər çıxışlarında bu peşəyə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib. Vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.

Ü.QARAYEV,

Respublika”.