Vətənə şərəfli xidmət borcu
Region

Vətənə şərəfli xidmət borcu

44 günlük Vətən müharibəsində şəhid olan Neftçala şəhər sakini Əsgərov Samid Gülmalı oğlunun    şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhid Əsgərov Samid Gülmalı oğlu  12 oktyabr  1989-cu ildə  Neftçala  rayonunun  Boyat kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 3-də Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan    Prezidenti  İlham  Əliyevin   müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət  nümayiş  etdirdiyinə  görə  kapitan  Əsgərov  Samid  Gülmalı  oğlu  ölümündən  sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları  ilə təltif edilib.

Şəhidin ildönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak etdi. Şəhidimizin  ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevaya  minnətdarlıqlarını   bildirdilər.
“Dəmir Yumruq” xatirə  hədiyyəsi  şəhidin ailəsinə  Neftçala RİH başçısı tərəfindən  təqdim  olundu.

              Ərəstun   ABDULOV,

             “Respublika”.