Vladislav Kanevski:  Göndərilən humanitar yardım Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin əyani təsdiqidir
MÜSAHİBƏLƏR

Vladislav Kanevski:  Göndərilən humanitar yardım Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin əyani təsdiqidir

Bu gün Azərbaycandan Ukraynaya böyük humanitar yardımın üçüncü mərhələsi həyata keçirilir. Ukrayna üçün sayca yeddinci təyyarə çox vacib yüklə yola salınır. Burada dərmanlar və qida məhsulları var. Şübhəsiz ki, bu, Ukrayna üçün çox çətin bir zamanda edilən humanitar yardımdır. Bu, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin əyani təsdiqidir. Bu, həqiqətən bizim ehtiyacımız olan köməkdir. Bu, həmçinin Ukrayna və Azərbaycan xalqları arasında mövcud olan böyük dostluğun daha bir təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski aprelin 21-də Ukraynaya humanitar yardımın göndərilməsi mərasimində jurnalistlərə müsahibəsində söyləyib.

"Ukraynaya göstərdiyi köməyə görə dövlətimiz və xalqımız adından Azərbaycan rəhbərliyinə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Biz Azərbaycan kimi dostlarımızın köməyini hiss edirik", - deyə V.Kanevski əlavə edib.

AZƏRTAC