Xalqımız Müstəqillik Gününü qürur hissilə qarşılayır
Siyasət

Xalqımız Müstəqillik Gününü qürur hissilə qarşılayır

1918-ci il mayın 28- Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bununla xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirilib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

1920-ci ilin 28 aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Şimali Azərbaycanda sovet sosialist respublikası yaradıldı. 70 illik müstəmləkəçilikdən sonra, 1990- illərdə SSRİ-nin dağılması xalqımızın milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

Daha dəqiq desək, 1991-ci ilin dekabrında  Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edərək, müstəqiliyini yenidən bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin, xüsusilə AXC-Müsavat hakimiyyətinin naşılığı, səriştəsizliyi, yarıtmazlığı, diletantlığı nəticəsində xalqımız yenidən müstəqilliyini  itirmək təhlükəsi ilə üzləşdi. Məhəmməd Əmin Rəsulzadə silahdaşları əzab-əziyyətlə, hətta ölüm təhlükəsi ilə üzləşərək may ayında Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdu, lakin AXC-Müsavat "lider"lərinin hakimiyyəti dövründə Azərbaycan məhz may ayında Şuşa Laçın kimi strateji əhəmiyyəti, qədim tarixi, yüksək mədəni göstəriciləri olan torpaqlarını itirmiş oldu. Beləliklə, Ermənistan bizim 20% torpaqlarımızı məhz AXC-Müsavat hakimiyyəti dövründə işğal etdi. Bununla yanaşı, ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos, anarxiya, hərc-mərclik hökm sürürdüİqtisadiyyat elə vəziyyətə gəlmişdi ki, inflyasiya baş alıb gedirdi.

1993- ilin iyununda xalqın təkidi tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdıHeydər Əliyev parçalanmaq təhlükəsizliyi ilə qarşı-qarşıya qalan  Azərbaycanın sınağa çəkildiyi o çətin anlarda öz xilaskarlıq missiyasını həyata keçirdi. Ümummilli lider xalqı ölkəni dərin siyasi iqtisadi böhrandan xilas etdi, milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi bu proseslərin dönməzliyinin təmin edilməsi üçün respublikada milli birlik həmrəyliyə nail olmaq üçün mühüm addımlar atdı. Bir sözlə, Heydər Əliyevin gəlişi ilə ölkədəki hakimiyyətsizlik aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası sayəsində son iyirmi ildə Azərbaycanda siyasi, iqtisadi, sosial hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Dövlətimizin beynəlxalq arenada mövqeyi daha da güclənib, respublikamız regionda baş verən strateji, siyasi iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə statusu qazanıb. Ən əhəmiyyətlisi isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, millətimizin birliyi nəticəsində 8 noyabr 2020-ci il tarixində Qarabağ Şərqi Zəngəzur mənfur düşmənin işğalından azad edildi. Beləliklə, Azərbaycanın istər regionda, istərsə beynəlxalq aləmdəki nüfuzu daha da artdı. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə 2021-ci ildə əvvəlki adları ilə "Respublika günü" "Müstəqillik günü" bayramlarını tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etdi.

Qeyd etmək lazımdır ki, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi bərpası kimi tarixi günlərin onların mahiyyəti məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Məhz buna görə 2021-ci ilin 15 oktyabrında Azərbaycan Respublikası Konstitusiyasının 94- maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28- İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18- isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara aldı ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilsin. Beləliklə, ölkə başçısı İlham Əliyevin sözügedən qərarı təsdiqləməsi ilə artıq Azərbaycan xalqı ikinci ildir ki, 28 Mayı Müstəqillik Günü kimi qeyd edir. Bu əziz bayram erməni işğalından azad edilən ərazilərdə keçirilir. Üçrəngli bayraq doğma torpaqlarda - Şuşada, Laçında, Ağdamda, Füzulidə, Zəngilanda qürurla dalğalanır. Artıq bir neçə gündür ki, Müstəqillik Günü münasibətilə cənab Prezidentə müxtəlif dövlət hökumət başçıları - ABŞ Prezidenti Co Bayden, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Böyük Britaniya Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Mərakeşin Kralı VI Məhəmməd tərəfindən təbrik məktubları ünvanlanıb. Xalqımız Müstəqillik Gününü xüsusi əhvali-ruhiyyə, böyük sevinc qürur hissilə qarşılayır.

Nuranə DAXİLQIZI,

"Respublika".