Xalqımızın tarixi qədim, mədəni iris isə zəngindir
Siyasət

Xalqımızın tarixi qədim, mədəni iris isə zəngindir

"Laçın şəhəri bütün Laçın rayonu kimi, işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalmışdır. Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər... Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaldarkən demişdir.

Mənfur ermənilər ölkəmizin zəngin təbii ehtiyatlarına, yeraltı, yerüstü sərvətlərinə, münbit, bol-bərəkətli torpaqlarına hər zaman həsəd aparmışlar. Qədim yurd yerlərimizdə özlərinə dövlət quran işğalçıların mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə sahib olmaq arzuları da heç vaxt onları tərk etməmişdir. Xalqımıza məxsus milli mədəniyyət nümunələrini öz adlarına çıxmaq məharəti isə ermənilərdə yüz illər öncə formalaşmışdır. Azərbaycana qarşı 200 ilə yaxın düşmənçilik siyasəti aparan Ermənistan keçən əsrin sonlarında torpaqlarımızın 20 faizini zəbt etməklə bu arzularını reallaşdırmaq xəyalına düşdü. Bu məqsədlə ölkəmizin dilbər guşəsi olan Qarabağı və ətraf rayonları işğal edərək əhalisini əzəli yaşayış yerlərindən zorla qovub çıxardı. Müstəqilliyini yenicə bərpa etmiş ölkəmizdə hökm sürən özbaşınalıq, hərc-mərclik isə xəbis düşmənə alçaq niyyətini həyata keçirmək üçün geniş imkanlar yaradırdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı", "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" və "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində dövlət qeydiyyatında olan 900-dən çox tarix və mədəniyyət abidələri mövcud olmuşdur. 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan azərbaycanlıları öz doğma yurd yerlərindən didərgin salmaqla kifayətlənməmiş, xalqımıza məxsus mədəniyyət abidələrini də məhv etmişdir. Bu illər ərzində talançılıqla məşğul olaraq daş üstə daş qoymayan mənfur ermənilərin dağıtmadığı, yerlə-yeksan etmədiyi bir tikili qalmayıb. Erməni vandalları şəhər və kəndlərimizi viran qoyub, yer üzündən silinən yaşayış yerlərimizdə tarixi abidələrimizi, inanc yerlərimizi dağıdıb. Ermənistan işğal etdiyi torpaqlarımızda dünya dövlətlərinin gözü önündə beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli görünməmiş vəhşiliklər törətmişdir. İşğalçı dövlət "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında" Cenevrə Konvensiyasının, "Quru müharibəsinin qanun və adətləri haqqında" IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq isğal etdiyi ərazilərdə canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlləri həyata keçirmişdir.

Ermənistanın cinayət əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Tə-biətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilərək beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılsa da, talançı Ermənistan çirkin əməllərindən əl çəkməmişdir. Çünki erməni barbarlarının tarixi irsimizə qarşı törətdikləri vəhşiliklər - Azərbaycan torpaqlarının erməniləşdirilməsi, bu ərazilərdə qanunsuz olaraq məskunlaşma, xalqımızın tarixi-mədəni irsinin talanması faktlarla, dəlillərlə göstərilsə də, bir çox ölkələr, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu illər boyu bu cinayətləri görməzdən gəlmiş, ermənilərin vandallığına göz yummuşlar.

Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər, Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom, Tərtər və Kəlbəcərdə kükürd, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən intensiv şəkildə qeyri-qanuni hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir.

Xalqımızın milli dəyərləri olan ziyarətgah və məscidlərini, məzarlıqları dağıdıb yerlə-yeksan edən, Azərbaycanın izini itirmək məqsədilə tarixi abidələrimizin adlarını dəyişdirib özününküləşdirən, tanınmış Azərbaycan ziyalılarının, şair və yazıçıların ev-muzeylərinin yerləşdiyi binaları tamamilə məhv edən ermənilərin beynəlxalq konvensiyalarda bəşəri cinayət hesab edilən bu əməlləri ümumilikdə, bəşəriyyətə qarşı mənəvi soyqırımı, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

30 il işğalçı ermənilər bu torpaqları yalnız talan etməyib, bu yerlərdə İslam mədəniyyəti abidələrini tamamilə məhv edib və ya erməniləşdiriblər. Üzərində müsəlman epiqrafiyası ilə yazılar olan, bu səbəbdən də erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmayan abidələri isə ya dağıdıb, ya da təhqir ediblər.

İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir ki, onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Erməni vandalizminə məruz qalan da əsasən İslam dini abidələri, yəni məscidlər, türbələr və s. inanc yerləri olmuşdur. Vəhşilik missiyasını yerinə yetirərək Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən tarixi və mədəniyyət abidələrini qarət edib, yer adlarını, toponimləri dəyişdirərək uydurma adlar qoyub, özününküləşdirib, bu mümkün olmadıqda isə dağıdıb məhv edən vandal ermənilərin insanlığa sığmayan bu davranışları əslində erməniliyin özünəməxsusluğudur. Çünki vahid coğrafiyası, milli dəyərləri olmayan, eyni zamanda yaranışdan humanistlikdən uzaq olan bir tayfadan bu hərəkətlər gözləniləndir. Mədəniyyətin, dini dəyərlərin olmadığı bir ölkədə sözsüz ki, qədim tarixə, zəngin irsə sahib olan xalqa qarşı qısqanclığın olması mütləqdir.

Azərbaycan tarixi abidələri, minilliklərə söykənən qədim mədəniyyət nümunələri ilə bütün dünyada tanınır. Bu zəngin tarixi silmək, yaxud da başqa bir xalqa aid etmək mümkün olmayan bir xülyadır. Xüsusən də bu "xalq"ın mənşəyi bilinməyən bir tayfa olduğunu nəzərə alsaq...

Mehparə ƏLİYEVA,

"Respublika".