Xaosdan qurtuluş
Siyasət

Xaosdan qurtuluş

Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd olunur

Azərbaycan milli dövlətçilik ənənələri olan ölkədir. Doğrudur, əldə etdiyimiz müstəqillik heç asan başa gəlməyib. İstər daxili, istərsə xarici düşmənlərimiz bizi yıxmağa, devirməyə, parçalayıb bölməyə çalışıblar. Amma biz bütün bunlara sinə gərərək dövlətimizi parçalanmaqdan, dövlətçiliyimizi dağılmaqdan qorumuşuq.

1918-ci il mayın 28- Azərbaycanda müstəqil dövlət quruldu. Lakin bir sıra tarixi, ictimai-siyasi səbəblər böyük dövlətlərin dünyanı bölüşdürmək cəhdləri nəticəsində dövlətçiliyimizin ömrü uzun sürmədi. Sonrakı mərhələdə isə düz yetmiş il sovet rejimində yaşadıq. Lakin azadlıq, müstəqillik arzusu xalqı öz amalından dönməyə imkan vermədi. İmperiyanın sərt qanunları ilə yaşamağa məcbur olsa da, xalqımız içindəki müstəqillik arzusunu qoruyub saxladı. Düzdür, sovet rejiminin qanunlarına əməl etməli idik, ancaq ötən əsrin altmışıncı illərinin sonlarından Azərbaycanda bir hərəkətlilik, canlanma hiss olunurdu. Hansı ki, həmin dövrə kimi sovetlər birliyinin tərkibində olan respublikalarla müqayisədə ölkəmiz inkişaf baxımından geridə qalmış, zəif bir respublika idi. Lakin Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin sayəsində ölkə dirçəlməyə başladı, böhranlı vəziyyətdən çıxdı öz daxili gücü hesabına SSRİ məkanında inkişaf etmiş respublikalardan birinə çevrildi. Artıq Azərbaycanı neft ölkəsi, iri fabrik, zavod, sənaye müəssisələri, pambıq, taxıl heyvandarlıq sahələri ilə zəngin ölkə kimi tanıdılar. Bütün bunlar isə məhz ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi. Ümummilli liderin müstəqil daxili siyasəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi milli-mədəni inkişafı öz yüksək mərhələsinə çatdı. Eyni zamanda, xalqın milli özünüdərk prosesi gücləndi. Bu isə Azərbaycanı yaxın zamanlarda müstəqilliyə aparacaq yolun başlanğıcıydı. Sözsüz ki, sürətlənən proseslərin dayaq nöqtəsi isə məhz Heydər Əliyev idi. Xalqı gözəl gələcəyə ruhlandıran ulu öndərə qarşı təəssüf ki, qısqanclıqlar başladı, məkrli planlar hazırlandı. Əzəldən bizə düşmən kəsilən ermənilərin əlinə fürsət düşdü. Azərbaycanı bölmək, parçalamaq məqsədilə qüvvələr səfərbər oldu. Çoxdan belə bir əlverişli fürsəti gözləyən ermənilər xarici havadarlarının, elə Rusiyanın köməkliyi ilə Qarabağ torpaqlarını işğal etməyə, Qərbi Azərbaycan ərazilərində etnik təmizləmə aparmağa başladılar.

O dövrdə nəinki Qarabağda, elə Bakının özündə vəziyyət çox gərgin idi. Tez-tez dəyişən hakimiyyətdəkreslodavası torpaq itkisini tamamilə yaddan çıxarmışdı. Ölkə rəhbərlərinin səriştəsizliyi, dövləti idarə edə bilməməsi, zəif ordu quruculuğu 20 faiz torpaqlarımızın işğal olunmasına Qərbi Azərbaycanın tamamilə azərbaycanlılardan təmizlənməsinə gətirib çıxardı. Xalqla hakimiyyət arasında böyük bir uçurum yarandı. Artıq millət öz rəhbər orqanlarına inanmırdı. Qarabağdan gələn şəhid xəbərləri artıq 20 Yanvar şəhidlərinin sırasını getdikcə artırırdı. Xalq nicatı yalnız o vaxt Moskvada yaşayan Heydər Əliyevdə görürdü. Bakıda isə hakimiyyət davası gedirdi. Xalq məcrasından çıxan çaya bənzəyən axının onu hara aparacağını bilmirdi.

Ermənistan ordusu hər gün bir az da irəliləyir, dənizdən-dənizə planlarını reallaşdırmağa çalışırdılar. yazıqlar ki, onlara bu işdə kömək edən sapı özümüzdən olan baltalar da var idi. Azərbaycan böyük bir dilemma qarşısında qalmışdı. Ölkə şəhər-şəhər, kənd-kənd, bölgə-bölgə parçalanıb, dağıdılırdı. Elə bir məqam gəlmişdi ki, qardaş qardaşa düşmən kimi, ayrı cəbhənin adamı kimi baxırdı. Belə bir vaxtda təsəlliverici nüanslardan biri isə tarixi torpağımız olan Naxçıvanın düşmənlərə sinə gərərək çətinliklə olsa ayaqda qalması idi. Çünki o dövrdə Naxçıvana məhz Heydər Əliyev rəhbərlik edirdi. Buna görə qədim Naxçıvan Ermənistanın işğalına məruz qalmamış, mübarizəsini təkbaşına davam etdirmişdi.

Bakıda isə xalq hərəkatı nəticəsində hakimiyyətə gələn naşı, yarıtmaz AXC liderləri Ayaz Mütəllibov komandası arasında qızğın mübarizə gedirdi. Ölkədə anarxiya, özbaşınalıq hökm sürürdü. Bu davalarda inləyən, parçalanan, hər tərəfdən yaralar alan Azərbaycanın səsini heç kim eşitmirdi. Belə bir vəziyyətdə səbir kasası dolan xalq təkidlə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edirdi. Millət qurtuluşunu Heydər Əliyevdə görürdü. Nəticədə AXC-Müsavat rejimi xalqın tələbi qarşısında davam gətirə bilmədi. 1993- il iyun ayının 9-da Heydər Əliyev Bakıya gəldi. Onun ilk səfəri Gəncəyə oldu. Həmin ərəfədə Gəncədə qarşıdurma, qiyam baş vermişdi. 4 iyun tarixində Surət Hüseynovun rəhbərliyilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam başlanmışdı. Silahlanmış dəstələr Gəncədə qiyam törədərək Bakıya doğru gəlirdi. Belə bir məqamda Heydər Əliyev vəziyyəti nəzarətə götürərək sabitliyi bərpa etdi. Gərgin şəraitdə keçən görüşlər böyük çətinliklə yaranmış böhranı nizamladı.

1993- il iyunun 15-i müstəqil Azərbaycan tarixinə ən şərəfli şanlı gün kimi yazıldı. Bu, Azərbaycan Respublikası Milli Məclisi tarixində əlamətdar gün kimi qeyd olundu. Heydər Əlirza oğlu Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisin 1993- il iyunun 15- keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasını elan etdi gələcək illərdə onu həyata keçirdi. Heydər Əliyevin həmin dövrdə yenidən hakimiyyətə qayıtması dövlətçilik tariximizin şanlı səhifələrindən biridir.

Ümummilli lider tezliklə dövlət strukturunu bərpa işlərinə başladı. Bir tərəfdən ölkəni parçalamaq istəyən daxili düşmənlərlə mübarizə ön plana çəkildi. 1993- ilin avqust ayında Azərbaycanın ərazi bütövlüyünü cənubdan parçalamağa cəhd edən oyuncaq "Talış-Muğan respublikası"nın yaradılmasının qarşısı alındı. Heydər Əliyev siyasi bacarığı nüfuzu sayəsində dünyaya yeni bir Azərbaycan təqdim etdi. Milli iradəsi, müstəqilliyi, azadlığı sosial-iqtisadi inkişafı olan Azərbaycan. Elə bu səbəbdən xalqın təkidli xahişi ilə 15 iyun tarixində Heydər Əlirza oğlu Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycan xalqının qurtuluşu oldu. Beləcə, Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi elan edildi.

Ramidə YAQUBQIZI,

"Respublika".