Xarici jurnalist: Azərbaycanlılar həm tarixi yurdlarına qayıdıblar, həm də bu torpaqlara həyat bəxş edirlər
MÜSAHİBƏLƏR

Xarici jurnalist: Azərbaycanlılar həm tarixi yurdlarına qayıdıblar, həm də bu torpaqlara həyat bəxş edirlər

Ağdam şəhərinə gəldiyim üçün çox həyəcanlıyam. Ermənistan burada işğal siyasəti aparıb. Bura gələndən sonra Ermənistanın Qarabağla bağlı saxta informasiyalar yaydığını gördüm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin Ağdam səfərinin iştirakçısı Cihan Əl Hüseyni söyləyib.

O deyib: "Burada gördüklərimdən, o cümlədən şəhidlər məzarlığından çıxandan sonra çox kövrəlmişəm, qarışıq hisslər içərisindəyəm, fikirlərimi ifadə edə bilmirəm. Dağıntılarla yanaşı, Azərbaycanın qısa zamanda apardığı inşaat işlərini də gördük. Azərbaycanlılar həm tarixi yurdlarına qayıdıblar, həm də bu torpaqlara həyat bəxş edirlər. Allah Azərbaycan xalqını qorusun!".

AZƏRTAC