Xatirə turniri
Region

Xatirə turniri

Kürdəmir rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev parkında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igid Azərbaycan oğullarının xatirəsinə həsr olunmuş gənclər arasında idmanın şahmat növü üzrə rayon turniri keçirilib.  Yarış koronavirus (COVID -19) pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq açıq havada baş tutub. Rayon turnirində Kürdəmir Regional “ASAN Xidmət” mərkəzinin və Kürdəmir DAİM-in əməkdaşları və idman könüllüləri iştirak ediblər. Yarışların açılış mərasimində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışda şahmatçılar iki yaş qrupunda mübarizə aparıblar.
Olduqca maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən 16 yaşadək gənclər arasında I yerə Amin Əzizov , II yerə Famil Hacıyev, III yerə isə Adil Haqverdiyev layiq görülüblər. 
Gənclər arasında keçirilən yarışda I yeri Pünhan Məmmədov, II yeri Heydər Tağızadə, III yeri isə Ələddin Omarov və Elman Əhmədov tutublar. Qalib gələn gənclər Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. 

                                                          Tofiq HÜSEYN,

                                                         “Respublika”.