Reklam və elanlar

"Xəmsə Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin Maliyyə Vəziyyəti haqqında Hesabat

MÜSTƏQİL AUDİTORLARIN HESABATI

"Xəmsə Sığorta Təkrarsığorta Brokeri" MMC-nin səhmdarına

Maliyyə Hesabatları üzrə audit rəyi

Rəy

Biz "Xəmsə Sığorta Təkrarsığorta Brokeri" MMC-nin ("Şirkət") 31 dekabr 2022 31 dekabr 2021-ci il tarixlərində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, kapitalda dəyişikliklər pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla,maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2022 31 dekabr 2021-ci il tarixlərində Şirkətin maliyyə vəziyyətini həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları ("BAS") əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblərin etika məcəlləsi" (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) ("MBESŞ Məcəlləsi") uyğun olaraq biz Şirkətdən müstəqillik biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli müvafiq əsası təmin edir.

Rəhbərliyin maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə hesabatlarının saxtakarlıq ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq rəhbərlik Şirkət ləğv etmək ya fəaliyyətini dayandırmaq istəyənədək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır. İdarəçilik üzrə məsul tərəflər Şirkətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq ya səhvlərdən irəli gələ bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

lMaliyyə hesabatlarında saxtalaşdırma ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır icra edir rəyimiz üçün əsas təşkil edəcək kafi müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.

lMövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.

listifadə olunan uçot siyasətlərinin, uçot smetalarının rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.

lRəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub-olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilərsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə şərtlər Şirkətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.

lMaliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd hadisələri əks etdirib-etdirmədiyini təhlil edirik.

Biz auditin mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

Müstəqilliyə dair müvafiq etik tələblərə əməl etdiyimizə, müstəqilliyimizə müvafiq hallarda təhlükəsizlik tədbirləri ilə bağlı bütün münasibətləri digər məsələləri ünsiyyətdə saxladığımız bəyanatla direktorlara da təqdim edirik.

Direktorlar ilə müzakirə edilmiş məsələlərdən, əsas audit məsələlərini, cari ilin maliyyə hesabatlarının auditində ən vacib olan məsələləri müəyyənləşdiririk. Belə halları, məsələ ilə bağlı qanun qaydalar ictimaiyyətə açıqlamaya maneə törədilmədiyi təqdirdə auditorun hesabatında qeyd edirik ya nadir hallarda, məsələnin açıqlanmasının mənfi nəticələri ictimaiyyətin marağından üstün tutulduğu müəyyənləşdirdikdə, bele məsələlərin açıqlanması audit hesabatında təsvir olunmamalıdır.