“Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim
Səhiyyə

“Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində “Xəstəxanaların idarə edilməsi” mövzusunda keçirilən təlim yekunlaşıb.

Bağlanış mərasiminda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Nigar Bayramova Agentliklə qardaş ölkənin səhiyyə və tibbi sığorta ilə bağlı aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu bildirib. Türkiyə universitetlərinin Azərbaycanda tibbi kadrların hazırlanmasına hər zaman töhfə verdiyini qeyd edən N.Bayramova Ankara Universitetinin keçirdiyi təlimlərin kadr potensialının gücləndirilməsində əhəmiyyətli olduğunu söyləyib.

Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentlik və TƏBİB-in əməkdaşları, həmçinin 12 dövlət tibb müəssisəsinin direktor və müavinləri iştirak edib.

“Respublika”.