Xızı rayonunda partlayış baş verib: İki nəfər ölüb, bir nəfər xəsarət alıb
Digər xəbərlər

Xızı rayonunda partlayış baş verib: İki nəfər ölüb, bir nəfər xəsarət alıb

Aprelin 15-i saat 15 radələrində Xızı rayonunun Yaşma kəndi ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, prokurorluq Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə çıxaraq zəruri hərəkətlər ilkin araşdırma aparıb. Müəyyən edilib ki, partlayışa səbəb Sumqayıt şəhər sakinləri 1976- il təvəllüdlü Bəxtiyar Hüseynov, 1979-cu il təvəllüdlü Xankişi Quliyev 2006- il təvəllüdlü Rəşad Əbilovun qeyd olunan ərazidə aşkar etdikləri partlamamış sursat başlığını götürməsi olub.

Hadisə nəticəsində Xankişi Quliyev Rəşad Əbilov ölüb, Bəxtiyar Hüseynov isə müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3- (iki daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.