Xristian dini icmalarının üzvləri Xocavəndin Hünərli və Tuğ kəndlərində ayin icra ediblər
Digər xəbərlər

Xristian dini icmalarının üzvləri Xocavəndin Hünərli və Tuğ kəndlərində ayin icra ediblər

Azərbaycanda fəaliyyət göstərən xristian dini icmaları aprelin 14-də işğaldan azad olunmuş Xocavənd rayonunun Hünərli və Tuğ kəndlərinə səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Həyat sözü" xristian dini icmasının təşəbbüsü ilə Pasxa bayramı münasibətilə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavəndə "Həyat sözü", "Azərbaycan Bibliya Cəmiyyəti", "Alov", "Vineyard", "Həyatverici lütf", "Şərqdə ulduz", "Yeni həyat", Alban-udi xristian, Xilaskar Yevangelik-Lüteranlar, "Yeddinci Günün Adventistləri", "Yevangelist Xristian Baptistlərin kilsəsi", Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmalarının, eyni zamanda, "Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası", Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumlarının üzvləri, eləcə də bir neçə müsəlman icması səfər edib.

Səfərin məqsədi ölkəmizin mənəvi sərvəti və dəyəri olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma, hörmət və dözümlülük, eləcə də bu amilin Vətən müharibəsində Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr, o cümlədən fərqli dinlərin nümayəndələrinin bayramlarda birgə iştirakı ənənələrinin təbliğ və təşviq edilməsidir.

Dini icma üzvləri Hünərli və Tuğ kəndlərində qədim alban kilsələrində olub, dini məbədləri ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, ayinlər icra olunub.

AZƏRTAC