“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Hüquqi aktlar

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 530, № 6 (IV kitab), maddələr 668, 679, 683, № 7, maddələr 872, 890, 891, № 8, maddələr 957, 971, № 9, maddələr 1051, 1079, № 10, maddə 1182; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 dekabr tarixli 389 nömrəli, 23 dekabr tarixli 409 nömrəli, 30 dekabr tarixli 419 nömrəli, 2022-ci il 13 yanvar tarixli 9 nömrəli və 26 yanvar tarixli 29 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-2-1.1-ci yarımbəndə “ailə üzvlərinə,” sözlərindən sonra “Birləşmiş Millətlər Təşkilatının (BMT) icazə sənədini pasportu,” sözləri əlavə edilsin.

2. 2.5-10.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-10.6-cı və 2.5- 10.22-ci yarımbəndlər əlavə edilsin:

“2.5-10.6. Albaniya Respublikası;

2.5-10.7. Dominikan Respublikası;

2.5-10.8. Filippin Respublikası;

2.5-10.9. Gürcüstan;

2.5-10.10. Hindistan;

2.5-10.11. İndoneziya;

2.5-10.12. İran İslam Respublikası;

2.5-10.13. Kolumbiya Respublikası;

2.5-10.14. Moldova Respublikası;

2.5-10.15. Özbəkistan Respublikası;

2.5-10.16. Pakistan İslam Respublikası;

2.5-10.17. Peru Respublikası;

2.5-10.18. Tacikistan Respublikası;

2.5-10.19. Tailand Krallığı;

2.5-10.20. Tunis Respublikası;

2.5-10.21. Türkmənistan Respublikası;

2.5-10.22. Venesuela Bolivar Respublikası.”.

 Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 15 fevral 2022-ci il