Yanvar-aprel aylarında DSMF-nin xərcləri artıb
Sosial həyat

Yanvar-aprel aylarında DSMF-nin xərcləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz  və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib. Bu barədə DSMF-nin 16 mayda paylaşdığı məlumatda bildirilir.

 Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

 Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

“Respublika”.