Yanvarın 14-də Azərbaycanda COVID-19 əleyhinə 594 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 14-də Azərbaycanda COVID-19 əleyhinə 594 doza vaksin vurulub

Yanvarın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 594 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 279, ikinci doza vaksinlərin sayı 141, üç və daha çox doza vaksinlərin sayı 148, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 26-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 937 min 485, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 399 min 953, ikinci mərhələ üzrə 4 milyon 876 min 254, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 360, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 918-dir. 

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 763 nəfər müalicə olunaraq sağalıb, 10 min 45 nəfər vəfat edib. Aktiv xəstə sayı 492 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 106, indiyə qədər isə ümumilikdə 7 milyon 455 min 670 test icra olunub.