Yanvarın 16-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Yanvarın 16-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Yanvarın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 937 min 797, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 97, ikinci mərhələ üzrə 4 milyon 876 min 296, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 463, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 941-dir.                                                                

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 379 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 872 nəfər müalicə olunaraq sağalıb, 10 min 50 nəfər vəfat edib. Aktiv xəstə sayı 457 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 676, indiyə qədər isə ümumilikdə 7 milyon 458 min 556 test icra olunub.