Yanvarın 17-də Azərbaycanda COVID-19 əleyhinə 445 doza vaksin vurulub
Səhiyyə

Yanvarın 17-də Azərbaycanda COVID-19 əleyhinə 445 doza vaksin vurulub

Yanvarın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 445 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 218, ikinci doza vaksinlərin sayı 65, üç və daha çox doza vaksinlərin sayı 133, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 938 min 242, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 315, ikinci mərhələ üzrə 4 milyon 876 min 361, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 596, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 970-dir.                                                                               

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 71 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 450 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 942 nəfər müalicə olunaraq sağalıb, 10 min 54 nəfər vəfat edib. Aktiv xəstə sayı 454 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 863, indiyə qədər isə ümumilikdə 7 milyon 461 min 419 test icra olunub.