Yanvarın 7-də Azərbaycanda COVID-19 əleyhinə 826 vaksin vurulub
Səhiyyə

Yanvarın 7-də Azərbaycanda COVID-19 əleyhinə 826 vaksin vurulub

Yanvarın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 826 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 519, ikinci doza vaksinlərin sayı 68, üç və daha çox doza vaksinlərin sayı 183, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 56-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 934 min 743, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 385, ikinci mərhələ üzrə 4 milyon 875 min 899, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 696, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 763-dür.                                                                                    

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 120 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 120 yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 382 nəfər müalicə olunaraq sağalıb, 10 min 17 nəfər vəfat edib. Aktiv xəstə sayı 404 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 459, indiyə qədər isə ümumilikdə 7 milyon 441 min 759 test icra olunub.