YAP-ın nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi
Sosial həyat

YAP-ın nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi" abidəsini ziyarət ediblər

Noyabrın 19-da Yeni Azərbaycan Partiyasının təsis olunmasının 29-cu ildönümü ilə əlaqədar partiyanın nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Yeni Azərbaycan Partiyasının üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Həmçinin "Türk şəhidliyi" abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

AZƏRTAC