Yaponiya saytı Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışına dair məlumatlar yayıb
Digər xəbərlər

Yaponiya saytı Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışına dair məlumatlar yayıb

Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışının əsas məqamlarını işıqlandırıb.

AZƏRTAC-a istinadla yayılan məlumatlarda Azərbaycan dövlətinin başçısının qarşıda duran ən mühüm məsələlər arasında beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirməklə yeni reallıqlara uyğun əməkdaşlığın qurulmasının, regionla bağlı strategiyanı və vizyonumuzu təqdim etməyin xüsusi yer tutduğunu qeyd etdiyi bildirilir.

Yaponiyalı oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsinin də çox əhəmiyyətli olduğunu və bunun artıq baş verdiyini vurğulayıb.

Bundan əlavə, məlumatlarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın qaz ixracına dair öhdəliklərini 100 faiz yerinə yetirməsi, bununla bağlı İtaliya ilə yanaşı, Avropa ölkələrindən müraciətlərin daxil olması barədə fikirlərinin yer aldığı da əksini tapıb.

AZƏRTAC