Yay düşərgəsində görüş
İdman

Yay düşərgəsində görüş

Gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtı Mingəçevirdə "Gənclərin Sosial Şəbəkə Akademiyası" yay düşərgəsinin iştirakçıları ilə görüşüb.

10 iyun Gənclər və İdman Nazirliyindən bildirilir ki, görüşdə gənclər sosial şəbəkələrdə faydalı kontentin yaradılması və gənclərin sosial media savadlılığının artırılması istiqamətlərində təşəbbüs və fikirlərini səsləndiriblər. Gəncləri dinləyən nazir Fərid Qayıbov onların fəaliyyətləri, təklif və arzuları ilə maraqlanıb, suallarını cavablandırıb, müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

İyunun 8-dən 13-dək Mingəçevirdə davam edəcək yay düşərgəsi Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Düşərgə 18 regiondan 100-ə yaxın aktiv sosial şəbəkə istifadəçilərini əhatə edir.

“Respublika”.