YAZIÇI QƏNİ CAMALZADƏNİN ƏDƏBİ İŞIĞINDA
Sosial həyat

YAZIÇI QƏNİ CAMALZADƏNİN ƏDƏBİ İŞIĞINDA

Qəni Camalzadə....

İndi bu ad nəinki Azərbaycan oxucularına, həm də uzaq Amerika qitəsində oxuculara tanışdır. Və bununla da o, özündə yazıçıya məxsus mənəvi güc taparaq, Azərbaycan ədəbiyyatını xaricdə təbliğ etməyə müəssər olmuşdur. Digərlərindən fərqli olaraq, Qəni Camalzadə heç bir şöhrətə, titula uymadan üzərinə düşən missiyanı yerinə yetirmiş, çağdaş ədəbiyyatımızda ən çox sevilən roman janrına yeni ab-hava, yeni üslub, yeni dəyər və oxunaqlı əsər gətirmişdir. Ədəbi tənqid yazanlardan xəbər tuturuq ki, onun özünəməxsus təhkiyə üslubu roman janrına diqqəti çatdırmış, ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Bu da onu göstərir ki, yazıçı daha çox həyatın gerçək üzünə nüfuz etmiş, əsasən şahid olduğu, öyrəndiyi və bildiyi hadisələri qələmə almışdır.

Roman janrının ədəbi-bədii, estetik, ictimai, sosial, xəlqi və milli qayəsinin imkanlarından istifadə edən yazıçı oxucunu düşündürməyi bacarmışdır, həyati hadisələrə qlobal məna verməyi, bədii məntiqə yiyələnməyə nail olmuşdur.

Məhsuldar yazıçı Qəni Camalzadə yaradıcı ömrünü şam kimi əritməklə özünün nəyə qadir olduğunu göstərə bilmişdir.

 Bu günlərdə yazıçının və qələm ustasının seçilmiş əsərlərinin 3 cildi “Qanun” nəşriyyatı tərəfindən nəfis tərtibatla, yüksək poliqrafik səviyyədə nəşr olunmuşdur və daha 12 cildlik əsər çapdan çıxacaqdır. Bu Azərbaycan ədəbiyyatında çox önəmli bir hadisədir. “Qanun” nəşriyyatında bu üç cildliyin təqdimatı keçirilmişdir.

Səadət SULTAN,

Yazıçı-publisist .