Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti İzmirdə
Türk dünyası

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti İzmirdə

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti  ilk öncə  İzmirin Karşıyaka səmtində yerləşən  Heydər Əliyev Parkını ziyarət edib, ulu öndərin büstü önünə çiçək dəstəsi qoyub, əziz xatirəsini böyük ehtiramla yad edib.

Nümayəndə heyəti daha sonra İzmirdə AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, İzmir valisi Yavuz Selim Köşger  AK Partiyanın İzmir şəhər Təşkilatında görüş keçirib. Görüşdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fatma Yıldırım, Mahir Abbaszadə, Sahib Alıyev Elman Nəsirov iştirak ediblər.

Azərbaycan nümayəndə heyətini səmimi salamlayan İzmir valisi Yavuz Selim Köşger bildirib ki, Türkiyə Azərbaycan birliyi bundan sonra da davam edəcək. Hər iki dövlətin səyləri nəticəsində Türk Dövlətlər Birliyi yaranıb. Biz iki dövlət, bir millətik. Bunu bütün dünyaya sübut etmişik.

Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək iki ölkə arasında olan münasibətlərdən danışaraq qeyd edib ki, Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb, sənaye sahəsindən hərb sahəsinə qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik.

Milli Məclisin deputatı Fatma Yıldırım isə Türkiyənin günü-gündən daha da gücləndiyini deyib: "Biz ümid edirik ki, mayın 28- keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək". Görüşdə millət vəkilləri  Sahib AlıyevElman Nəsirov   Mahir Abbaszadə çıxış edərək 28 may seçkilərində Türkiyə xalqına uğurlar arzu ediblər.

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti  daha sonra İzmirdə AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ilə görüş keçirib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərindən, xalqlarımızın dövlətlərimizin qardaşlıq, dostluq əlaqələrindən söz açılıb.

Nümayəndə heyəti daha sonra Azərbaycan Respublikasının yaradılmasının 105, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirilən ''Bir millət, iki dövlət'' adlı  tədbirdə iştirak edib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.