Yeni körpələr evi-uşaq bağçası
Region

Yeni körpələr evi-uşaq bağçası

Cəlilabad  rayonunun  Privolnoye  kəndində  Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  inşa  edilən  100  yerlik   körpələr  evi-uşaq  bağçasının  açılışı  olub. Cəlilabad  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq Cəlilov  açılışda  iştirak  edib. İki  mərtəbədən  ibarət  olan  məktəbəqədər  təhsil  müəssisəsinin  otaqları və  dəhlizləri  uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri  ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri  ilə təchiz edilib.Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması  və  vətənpərvər, savadlı  şəxsiyyətlər kimi  yetişmələri  istiqamətində  Azərbaycan  dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi  də olduqca əhəmiyyətlidir.Privolnoye  kənd  körpələr evi-uşaq  bağçasının  yerləşdiyi  ərazidə abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli  keçirmələri  üçün hərtərəfli  şərait  yaradılıb.

Ərəstun ABDULOV,
 “Respublika”.