Yeni şeirlər kitabı işıq üzü görüb
Sosial həyat

Yeni şeirlər kitabı işıq üzü görüb

“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İntizarın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.

Kitabın redaktoru Azərbayca Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi Şəfa EYVAZ, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.

“Respublika”.