Sosial həyat

"Yüksəliş" müsabiqəsinin qalibləri təltif olunub

İyulun 21-də ADA Universitetində "Yüksəliş" müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təşkilat Komitəsinin üzvü Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

Təşkilat Komitəsinin sədri və üzvləri, o cümlədən ADA Universitetinin rəhbəri öz çıxışlarında qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Müsabiqənin uğurlu təşkilindən söz açan komitə üzvləri ikinci dəfə baş tutan "Yüksəliş" müsabiqəsinin yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, müasir idarəçiliyin tələblərinə və rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

Qaliblər "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri və üzvləri tərəfindən diplomla təltif edilib.

Qeyd edək ki, qalibləri 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Qaliblərin adlarını təqdim edirik:

1. Məmmədli Emil

2. Tairquliyeva-Nağıyeva Arzu

3. Hüseynov Mustafa

4. Əhmədov Əli

5. Hüseynov Elmir

6. Həziyev Elşən

7. Əzimov Azər

8. İsa-zadə Şöhrət

9. İsmayıllı İlyas

10. Ziyadov Elkiyar

11. Nağıyev Camal

12. Mahmudov Hüseyn

13. İsayev Fərid

14. Məhərrəmli Fərrux

15. Sultanlı Xanbaba

16. Balakişiyeva Nərgiz

17. Abulov Ramil

18. Məsimzadə Nihad

19. Rəsulova Mehriban

20. Hüseynov Etibar

21. İsmayılova Nərgiz

22. Bayramova Vüsalə

AZƏRTAC