Yuri Kuperman: Tarixi memarlıq abidələrinin bərpası yenilərini inşa etməkdən daha əhəmiyyətli və vacibdir
MÜSAHİBƏLƏR

Yuri Kuperman: Tarixi memarlıq abidələrinin bərpası yenilərini inşa etməkdən daha əhəmiyyətli və vacibdir

Tarixi memarlıq abidələrinin bərpası yenilərini inşa etməkdən daha əhəmiyyətli və vacibdir.

Bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə mədəni irs abidələrinin bərpası üzrə layihələrlə bağlı dekabrın 13-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edən Rusiyanın tanınmış memarı Yuri Kuperman AZƏRTAC-a açıqlamasında deyib.

Tanınmış memar bildirib ki, Azərbaycanda gözəl və müasir tipli binalar inşa olunur. Heydər Əliyev Mərkəzi gözəl arxitektura üslubuna malik unikal tikililərdən biridir. Heyran qalmamaq mümkün deyil. O, hazırda Moskvada "Zərbəçi" (Udarnik) kinoteatrının, həmçinin teatr və kino aktyorları üçün inşa edilən binanın bərpa işləri ilə məşğul olduğunu qeyd edib.

Yuri Kuperman Azərbaycanda, eləcə də işğaldan azad edilmiş Qarabağda mədəni və tarixi abidələrin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

AZƏRTAC